Mimiki qırışların korreksiyası
Alın · qaşarası · qaz ayağıBotulinum toksini mimiki əzələlərin həddindən artıq aktivliyini müvəqqəti azaldır. Nəticədə alın, qaşarası və göz ətrafındakı dinamik qırışlar hamarlaşır, statik qırışların formalaşması isə gecikdirilir.
Məqsəd əzələ hərəkətini tam dondurmaq deyil: prosedurdan sonra qaşlarınızı qaldıra və ifadənizi saxlaya bilirsiniz, sadəcə qırışlar əvvəlki kimi yaranmır.
Tətbiq nahiyələri
- Alın qırışları
- Qaşarası qırışlar — “hirsli” ifadənin yumşaldılması
- Qaz ayağı — göz kənarındakı qırışlar
- Burun üzərindəki mimiki qırışlar (bunny lines)
- Təsirin başlanması
- Bir neçə gün
- Tam nəticə
- ≈ 14 gün
- Davamlılıq
- Adətən 3–6 ay