Göz ətrafı estetikası

Gözaltı işıq dolğusu və dinc baxış

Göz ətrafı üzdə ilk yaşlanan və ən həssas nahiyələrdəndir. Burada preparat və inyeksiya qatı təsadüfi seçilmir — dərin anatomik bilik və kontrollu texnika tələb olunur.

Həkim-kosmetoloq Günel Mira kabinetində

Gözaltı işıq dolğusu

Sevimli prosedurlardan

Gözaltı nahiyə üçün xüsusi hazırlanmış, hialuron turşusu əsaslı dolğudur. Hialuron turşusu dəriyə nəm və həcm verir; bu nahiyə üçün nəzərdə tutulan bəzi preparatların tərkibində peptidlər və antioksidantlar da olur.

Kimlər üçün?

  • Gözaltı çökəkliyi və onun yaratdığı tünd kölgə
  • Yorğun, yuxusuz və ya kədərli görünən baxış
  • Yaşla bu nahiyədə həcm itkisi

Necə aparılır?

Dolğu adətən xüsusi kanyula ilə, kontrollu texnika ilə yeridilir — kanyula qanaxma və göyərmə riskini azaldır. Tətbiq bir və ya iki seansda aparılır.

Müddət
≈ 20 dəqiqə
Seans
1–2
Nəticə
Dərhal
Davamlılıq
12–24 ay

Gözaltı riskli zonadır. Müayinədən sonra bəzən başqa prosedur daha doğru seçim olur. Dəridəki tünd piqmentasiya isə dolğu ilə deyil, gözaltı mezopreparatları kimi fərqli prosedurlarla həll olunur.

Göz üstü çökəkliyinin korreksiyası

Yuxarı göz qapağı

Yorğun görünüşün səbəbi həmişə alt göz qapağı olmur: üst göz qapağı nahiyəsinin çökməsi baxışı düşündüyünüzdən də yaşlı və yorğun göstərə bilər. Bu vəziyyət genetik və ya sonradan qazanılmış ola bilər.

Hialuron turşusu əsaslı dolğu ilə aparılan korreksiya çökəkliyi doldurur və baxışa daha aydın, dinc ifadə qazandırır.

Mümkün nəticələr

  • Qaş ilə göz arasındakı məsafənin daha açıq görünməsi
  • Düşmüş göz qapağının vizual olaraq yığılması
  • Çökük görünən gözlərin daha canlı və gənc görünməsi
Müddət
≈ 15 dəqiqə
Üsul
Hialuron turşusu
Davamlılıq
2 ilədək

Gicgah çökəkliyi də baxışı yorğun göstərə bilər

Əməliyyatsız qaş qaldırma

Sapsız üsul

Sap istifadə olunmadan, inyeksion üsulla aparılan qaş qaldırma baxışa daha açıq və gümrah ifadə verir. Qaşlar pasientin istəyinə görə yuxarı və ya yanlara doğru qaldırıla bilər.

Hansı üsulun məsləhət olduğu yalnız konsultasiyada, üz cizgiləri yaxından dəyərləndirildikdən sonra müəyyənləşdirilir — hər üz üçün yanaşma fərqlidir.

Müddət
≈ 20 dəqiqə
Seans
1
Davamlılıq
2 ilədək

Qaz ayağı və göz ətrafı qırışlar

Botulinum toksini

Göz ətrafındakı mimiki qırışlar botulinum toksini ilə, ifadəni dondurmadan korreksiya olunur. Gülərkən göz kənarında yaranan qırışlar vaxtında korreksiya edilmədikdə statik qırışa çevrilə bilər.

Gözaltındakı statik qırışların həlli isə daha mürəkkəbdir — ona görə də qırışların dərinləşməsinə imkan verməmək vacibdir.

Botoks haqqında ətraflı

Qəbul üçün+994 50 550 20 30

Saytda axtarış

Populyar axtarışlar

seçmək Enter açmaq Esc bağlamaq
Vizitkart
Həkim-kosmetoloq Günel Mira

Günel Mira

Həkim-kosmetoloq

RAM Estetic · Bakı

Kontaktlara əlavə et
Telefonla skan edin və kontaktı yadda saxlayın

Qəbul əvvəlcədən yazılışla aparılır. Prosedurlar barədə ətraflı məlumat üz-üzə konsultasiyada verilir.