Dodaq estetikası

Dodaq dolğusu: “Round lips” müəllif metodikası

Həcm, səliqəli kontur və təbii profil — bığ nahiyəsini şişirtmədən və dodaqları önə qabartmadan. Hər dodaq üz quruluşuna, yaşa və istəyinizə uyğun fərdi işlənir.

Günel Mira pasientə dodaq dolğusu prosedurunu icra edir
Prosedur müddəti
Adətən 15–30 dəqiqə
Nəticə
Dərhal görünür
Son forma
Təxminən 10 gündə
Davamlılıq
9–18 ay, preparatdan asılı

Müəllif metodikası

“Round lips” nədir?

“Round lips” — Günel Mira-nın müəllif metodikası ilə aparılan dodaq həcmləndirilməsidir: dodaqlar yığcam və yumru formada həcm qazanır, lakin bığ nahiyəsi şişirdilmir və dodaqlar profildə önə qabarmır.

Dodaqları bir-birinə bənzətmək məqsəd deyil — hər üzün cizgiləri fərqli olduğu kimi, hər dodağın da forması fərdi seçilir. Bütün işlərdə ortaq olan isə üç şərtdir.

  1. Səliqəli konturDodaq xətləri dəqiq və harmonik görünür.
  2. Profildə önə çıxmayan formaYandan baxanda “ördək dodaq” görünüşü yaranmır.
  3. Şişirdilməyən bığ nahiyəsiDodaqüstü nahiyə təbii qalır.

Harmoniya meyarları

Forma seçilərkən nəzərə alınanlar

  • Profildə üst dodaq alt dodaqdan təxminən 2 mm öndə yerləşir.
  • Öndən baxanda alt dodaq üst dodaqdan bir qədər həcmli görünür.
  • Burun–dodaq məsafəsi, çənə ucu və ağız bucaqları nəzərə alınır.
  • Cupid qövsü (dodağın “M” hissəsi) üzün ifadəsinə uyğun formalaşdırılır.
  • Düzgün planlaşdırılmış həcm önə çıxan alt çənəni vizual olaraq balanslaşdıra bilər.

Pasientlərin səsi

Tez-tez eşitdiyimiz istəklər

Bu istəklər “Round lips” yanaşmasının əsasını təşkil edir.

  • “Dolğu edək, amma bığım şişməsin”
  • “Heç kim hiss etməsin”
  • “Konturu itməsin”
  • “Profildə önə çıxmasın”
  • “Asimmetriya düzəlsin”
  • “Forma təbii qalsın”

Texnikalar

Hər dodağa fərdi texnika

Eyni forma hər üzə yaraşmır. Texnika dodağın quruluşuna, üz proporsiyalarına və istəyinizə görə seçilir, lazım olduqda bir neçəsi birləşdirilir.

  • Həcmsiz

    Dodaq konturlama

    Dodaqlara həcm vermədən dodaq çərçivəsi səliqəyə salınır, daha dəqiq və kəskin görünür; asimmetriya korreksiya olunur. Konturlama da dolğu ilə, fərqli texnika ilə aparılır.

  • Dolğusuz

    Dodaq kokteyli

    Dolğu və həcm istəməyənlər üçün: dodaqlardakı quruluq, incə qırışlar və rəng solğunluğu ilə bağlı narahatlıqlara yönəlir.

  • Venera texnikası

    Ağız genişliyi vizual olaraq kiçildilir, alt dodaq üst dodağa nisbətən daha həcmli görünür.

  • Afrodita texnikası

    Alt və üst dodaq konturları ön planda olur, həcmləri bərabər tutulur; üst dodaqdakı eros xətti burun ucu ilə uyğunlaşdırılır.

  • Korean lips

    Pasientin istəyinə əsasən dodaq formasının “Korean lips” texnikası ilə dəyişdirilməsi.

  • Russian lips

    Forma çox dəyişmədən konturlar dəqiqləşdirilir, dodaqüstü nahiyə önə çıxmır, Cupid qövsü bir qədər yığılır.

Korreksiya

Uğursuz dolğunun korreksiyası və əridilməsi

Başqa yerdə aparılmış dolğu bığ nahiyəsində şişkinlik, itmiş kontur və ya süni görünüş yaradıbsa, vəziyyət konsultasiyada ayrıca dəyərləndirilir.

Dodaqda göyərmə adətən yalnız prosedur günü və ya ertəsi gün yarana bilər. Prosedurdan aylar sonra qəfil göyərmə və ya düyün yaranarsa, mütləq həkimə müraciət edin.

  • Hialuron turşusu əsaslı dolğu xüsusi preparatla əridilə bilər. Bığ nahiyəsinə yayılmış dolğunun əridilməsi adətən bir seans tələb edir.
  • Süni gel (biopolimer) dodaqda əridilmir; onun çıxarılması cərrahi müdaxilə tələb edə bilər.
  • Bəzi hallarda köhnə dolğu əridilmədən, düzgün texnika ilə üzərindən konturlama və həcmləndirmə aparılır — qərar dodağın vəziyyətinə görə verilir.

Mərhələlər

Prosedur necə keçir?

Nəticə dərhal görünür, lakin dodaqlar son formasını bir neçə gün ərzində alır.

Prosedurdan sonrakı qulluq qaydaları həkim tərəfindən fərdi olaraq izah olunur.

  1. KonsultasiyaÜz və profil, burun–dodaq məsafəsi, dodaqların quruluşu və əvvəlki prosedurlar dəyərləndirilir; istədiyiniz forma müzakirə olunur.
  2. PreparatHialuron turşusu əsaslı preparat sizə göstərilir, yanınızda açılır və pasportu təqdim olunur.
  3. İcraDolğu toxumaya minimal travma ilə yeridilir. Miqdar fərdi seçilir — çox vaxt 0,5–1 ml kifayət edir.
  4. Sonrakı günlərYüngül şişkinlik adətən 1–2 gündə keçir, göyərmə hər kəsdə olmur. Dodaqlar təxminən 10 günə son formasını alır.

Hər yaşda

Yaşa uyğun, təbii dodaqlar

Dodaq dolğusu yalnız gənc xanımlar üçün nəzərdə tutulmayıb. Yaşla nazikləşən və təravətini itirən dodaqlara düzgün texnika ilə itirilmiş həcm və təravət qaytarıla bilər.

Əsas şərt yaş faktorunun və üz quruluşunun mütləq nəzərə alınmasıdır. Çox nazik və ya çətin quruluşlu dodaqlar da xüsusi diqqətlə, lazım olduqda mərhələli şəkildə işlənir.

Suallar

Dodaq dolğusu haqqında suallar

Dodaq dolğusu ağrılı prosedurdurmu?

Pasientlərin əksəriyyəti prosedur zamanı ciddi ağrı hiss etmədiyini bildirir. Narahatlıq hissi fərdidir.

Nəticə nə qədər qalır?

Hialuron turşusu əsaslı dodaq dolğusunun davamlılığı preparatdan və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq adətən 9–18 ay təşkil edir.

Dolğu sovrulduqdan sonra dodaqlar deformasiya olurmu?

Düzgün texnika ilə aparılmış hialuron turşusu əsaslı dolğu tam sovrulduqdan sonra dodaqlarda deformasiya yaranmır.

“Ördək dodaq” görünüşündən necə qaçmaq olar?

Dodaq dolğusunda profil görünüşü mütləq nəzərə alınmalıdır: bığ nahiyəsi şişirdilməməli, dodaqlar önə çıxmamalıdır. Həkimi diqqətlə seçmək və istəyinizi ona aydın izah etmək də vacibdir.

Bütün suallar

Qəbul üçün+994 50 550 20 30

Saytda axtarış

Populyar axtarışlar

seçmək Enter açmaq Esc bağlamaq
Vizitkart
Həkim-kosmetoloq Günel Mira

Günel Mira

Həkim-kosmetoloq

RAM Estetic · Bakı

Kontaktlara əlavə et
Telefonla skan edin və kontaktı yadda saxlayın

Qəbul əvvəlcədən yazılışla aparılır. Prosedurlar barədə ətraflı məlumat üz-üzə konsultasiyada verilir.